25 noyabr 2026. Çərşənbə

“Real” Çempionlar Liqasının qalibi ola bilər”


“Real” Çempionlar Liqasının qalibi ola bilər”
Rəsmi

Fransa millisinin sabiq hücumçusu Tyerri Anri Madrid “Real”ının UEFA Çempionlar Liqasının cari mövsümündəki perspektivlərini dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, əfsanəvi futbolçu “Real”ın nümayiş etdirdiyi oyunun yüksək səviyyədə olduğunu və komandanın turnirin əsas favoritlərindən biri sayıldığını bildirib.

“Real” möhtəşəm oyun nümayiş etdirdi. Belə çıxışla komanda Çempionlar Liqasının qalibi olmağa iddialıdır. Madrid təmsilçisi hər həftə daha da yaxşılaşır”, – deyə Anrinin sözlərini “Marca” nəşri sitat gətirib.

Qeyd edək ki, noyabrın 24-də “Real” doğma meydanda Niderlandın PSV klubunu 5:1 hesabı ilə darmadağın edib.

Madrid təmsilçisi Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi beş oyunun hamısında qələbə qazanaraq 15 xalla turnir cədvəlinə başçılıq edir.

Joze Mourinyonun rəhbərlik etdiyi komanda növbəti matçını dekabrın 9-da səfərdə “Arsenal”a qarşı keçirəcək.







Çempionlar liqası

“Leypsiq” “Lans”ı məğlub edib
  • Çempionlar liqası
  • 02:08 25.11.2026
“Leypsiq” “Lans”ı məğlub edib