- Çempionlar liqası
- 22:45 25.11.2026
“Sportinq”in baş məşqçisi Paulo Fonseka UEFA Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”ə qarşı keçiriləcək oyun öncəsi komandanın hazırlığından danışıb.
90deqiqe.Az-ın məlumatına görə, o, xüsusilə İngiltərə klubunun yarımmüdafiəçisi Bruno Fernandeşə diqqət çəkib.Mütəxəssis “Mançester Yunayted”in heyətində yüksək səviyyəli futbolçuların çox olduğunu, lakin hazırlıq prosesində diqqətin yalnız bir oyunçuya yönəldilmədiyini bildirib.
“Aydındır ki, ‘Mançester Yunayted’in heyətində çoxlu yüksək səviyyəli futbolçu var. Onların arasında Bruno xüsusilə seçilir. Lakin biz oyuna hazırlığı yalnız bir futbolçunun üzərində qurmuruq. Rəqib komandanın bütövlükdə oyununa hazırlaşırıq və müxtəlif ssenariləri nəzərə almağa çalışmışıq. Nə Brunuya, nə də başqa bir futbolçuya xüsusi diqqət yetirmişik”, – deyə Fonseka bildirib.
Qeyd edək ki, “Sportinq” noyabrın 25-də Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində “Mançester Yunayted”i qəbul edəcək. Lissabonda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.