25 noyabr 2026. Çərşənbə

“Slaviya” – “Vilyarreal” matçında qırmızı vərəqə VAR qərarı ilə ləğv edilib


“Slaviya” – “Vilyarreal” matçında qırmızı vərəqə VAR qərarı ilə ləğv edilib
Rəsmi

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçirilən “Slaviya” – “Vilyarreal” matçının ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın 45-ci dəqiqəsində qonaq komandanın futbolçusu Renato Veyqa meydanın mərkəzində olarkən dirsəyi ilə Moymir Xitilin üzünə zərbə endirib.

Baş hakim əvvəlcə portuqaliyalı müdafiəçiyə birbaşa qırmızı vərəqə göstərsə də, daha sonra epizodu VAR vasitəsilə yenidən izləyib. Təkrar görüntüləri nəzərdən keçirən referi qərarını dəyişərək qırmızı vərəqəni ləğv edib və Veyqaya sarı vərəqə göstərib.

Qeyd edək ki, görüşdən əvvəl “Slaviya” turnir cədvəlində 29-cu, “Vilyarreal” isə 34-cü pillədə qərarlaşmışdı.







Çempionlar liqası

“Leypsiq” “Lans”ı məğlub edib
  • Çempionlar liqası
  • 02:08 25.11.2026
“Leypsiq” “Lans”ı məğlub edib