- Çempionlar liqası
- 23:37 25.11.2026
“Barselona”nın hücumçusu Kərim Adeyemi UEFA Çempionlar Liqasında növbəti dəfə fərqlənib.
90deqiqe.Az-ın “Opta”ya istinadən məlumatına görə, 24 yaşlı futbolçu səfərdə “Sabah”la keçirilən qarşılaşmanın 55-ci dəqiqəsində rəqib qapısına yol taparaq hesabı 3:0 edib.
Adeyemi Çempionlar Liqasında üç fərqli klubun heyətində (“Red Bull Zalsburq”, Dortmund “Borussiya”sı və “Barselona”) ən azı üç qol vuran ikinci almaniyalı futbolçu olub. Bu göstəriciyə ondan əvvəl yalnız Mixael Ballak (“Bayer”, “Bavariya” və “Çelsi”) nail olub.
Qeyd edək ki, Adeyemi bu ilin iyulunda Dortmund “Borussiya”sından 22 milyon avro qarşılığında “Barselona”ya transfer olunub. O, Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın heyətində bütün turnirlərdə keçirdiyi 17 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.