- Çempionlar liqası
- 23:56 25.11.2026
UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Vilyarreal” Praqada “Slaviya”nı məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, İspaniya təmsilçisi Çexiyada keçirilən qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.
Görüşün ilk hissəsində komandalar hesabı açmaq üçün cəhdlər etsələr də, tərəflərdən heç biri buna nail ola bilməyib. Doğma azarkeşlərinin dəstəyini arxasına alan “Slaviya” fəal oyun nümayiş etdirsə də, qonaqlar müdafiədə etibarlı təsir bağışlayıblar.
Matçın taleyini 62-ci dəqiqədə vurulan qol həll edib. Ayose Peresin ötürməsindən sonra Taycon Byukenen rəqib qapısına yol taparaq “Vilyarreal”a qələbə qazandırıb.
Qoldan sonra hesabı bərabərləşdirmək üçün təzyiqi artıran meydan sahibləri istəklərinə çata bilməyiblər. İspaniya klubu üstünlüyünü qoruyaraq görüşü qələbə ilə başa vurub.