26 noyabr 2026. Cümə axşamı

Hansi Flik Çempionlar Liqasında yeni rekorda imza atıb


Hansi Flik Çempionlar Liqasında yeni rekorda imza atıb

“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının tarixində yeni rekorda imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssisin rəhbərlik etdiyi komanda çərşənbə günü səfərdə Azərbaycanın “Sabah” klubunu 4:1 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra Flikin çalışdırdığı komandaların Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb. Opta statistika portalının məlumatına görə, almaniyalı mütəxəssis bu göstəriciyə turnir tarixində ən qısa müddətdə – cəmi 49 matçda nail olan baş məşqçi olub.

Əvvəlki rekord Pep Qvardiolaya məxsus idi. İspaniyalı mütəxəssis 150 qol həddinə çatmaq üçün 65 oyuna ehtiyac duymuşdu.

Qeyd edək ki, Hansi Flik 2024-cü ilin yayından “Barselona”nı çalışdırır. O, daha əvvəl “Bavariya”da işləyib və 2020-ci ildə Münhen klubu ilə Çempionlar Liqasının qalibi olub.







Çempionlar liqası

Qordon “Sabah”ın müqavimətindən danışdı
  • Çempionlar liqası
  • 00:28 26.11.2026
Qordon “Sabah”ın müqavimətindən danışdı