- Çempionlar liqası
- 00:34 26.11.2026
“Barselona”nın vingeri Entoni Qordon UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”a qarşı keçirilən və 4:1 hesabı ilə başa çatan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu “Sabah”ın yaxşı komanda olduğunu bildirib.
“Çox şadam, həqiqətən də çox şadam. Son günlər səfər səbəbindən bizim üçün ağır keçdi. Üç gün ailəmdən uzaqda qaldım. Bu, asan deyildi. Lakin Bakıya gəldik, üzərimizə düşən işi gördük və ‘Sabah’a hörmətlə yanaşdıq. Rəqibimiz yaxşı komanda idi.
3:0 hesabı ilə öndə olduğumuz zaman belə hücumları dayandırmadıq. Daha çox qol vurmağa çalışdıq. Bu, bizim oyun üslubumuzdur və ona sadiq qalmaq bizim üçün vacibdir. ‘Sabah’ yüksək pressinq tətbiq edir, aqressiv oynayırdı. Rəqibin bizə ciddi müqavimət göstərəcəyini bilirdik”, – deyə Qordon bildirib.
Qeyd edək ki, qarşılaşmada dubl edən ingiltərəli futbolçu matçın ən yaxşı oyunçusu mükafatına da layiq görülüb.“Barselona” növbəti matçını noyabrın 29-da La Liqa çərçivəsində səfərdə “Deportivo”ya qarşı keçirəcək.