26 noyabr 2026. Cümə axşamı

“Slaviya” Çempionlar Liqasında antirekord müəyyənləşdirib


“Slaviya” Çempionlar Liqasında antirekord müəyyənləşdirib

Praqa təmsilçisi “Slaviya” UEFA Çempionlar Liqasının V turunda doğma meydanda “Vilyarreal”a 0:1 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın “Squawka”ya istinadən məlumatına görə, Çexiya klubu Çempionlar Liqasının əsas mərhələsində ardıcıl 24 oyundur qələbə qazana bilmir. Bu, turnirin tarixində ən uzun qələbəsiz seriyadır.

“Slaviya” Çempionlar Liqasının əsas mərhələsində yeganə qələbəsini təxminən 20 il əvvəl – 2007-ci ilin sentyabrında əldə edib.

Qeyd edək ki, 2026/2027 mövsümündə liqa mərhələsinin geridə qalan beş turunda cəmi bir xal toplayan Praqa klubu hazırda turnir cədvəlinin 34-cü pilləsində qərarlaşıb.







Çempionlar liqası

Qordon “Sabah”ın müqavimətindən danışdı
  • Çempionlar liqası
  • 00:28 26.11.2026
Qordon “Sabah”ın müqavimətindən danışdı