26 noyabr 2026. Cümə axşamı

İsak “Liverpul” tarixində nadir göstəriciyə imza atıb


İsak “Liverpul” tarixində nadir göstəriciyə imza atıb
Rəsmi

“Liverpul”un hücumçusu Aleksander İsak klub tarixində ardıcıl altı səfər matçında qol vuran səkkizinci futbolçu olub.

90deqiqe.Az-ın məlumatına görə, isveçli forvard UEFA Çempionlar Liqasının “Brügge” ilə oyununda 13-cü dəqiqədə hesabı açıb. Bundan əvvəl o, “Kristal Pelas”, “Fənərbağça”, “Brentford”, “Bornmut” və “İpsviç”lə səfər qarşılaşmalarında da fərqlənib.

“Liverpul”un heyətində daha əvvəl bu göstəriciyə Dik Forşou, Sem İnqliş, Qordon Hocson, Con Evans, Con Oldric, Con Barns və Məhəmməd Salah nail olublar.

Qeyd edək ki, qarşılaşmanın 80-ci dəqiqəsinə olan məlumata görə, “Liverpul” Belçika təmsilçisinə qarşı 2:0 hesabı ilə öndə olub.







Çempionlar liqası

Qordon “Sabah”ın müqavimətindən danışdı
  • Çempionlar liqası
  • 00:28 26.11.2026
Qordon “Sabah”ın müqavimətindən danışdı