- Çempionlar liqası
- 02:14 26.11.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsinin V turunda PSJ (Fransa) və “Roma” (İtaliya) komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Parisdəki “Park de Prens” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Matçı isveçli baş hakim Qlen Nyuberq idarə edib.
Görüşdə hesabı 5-ci dəqiqədə “Roma”nın müdafiəçisi Mario Ermoso açıb. PSJ-nin müdafiəçisi İlya Zabarnı 31-ci dəqiqədə tarazlığı bərpa edib.
62-ci dəqiqədə Usman Dembele penaltini dəqiq yerinə yetirərək Paris təmsilçisini önə keçirib. Lakin 78-ci dəqiqədə Vitinyanın cərimə meydançasında əllə oynamasına görə təyin olunan penaltini Doniell Malen qola çevirərək hesabı bərabərləşdirib.
Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və komandalar meydanı hərəyə bir xalla tərk ediblər.
Qeyd edək ki, PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov start heyətində meydana çıxıb və matçı sona qədər oynayıb. O, iki qol buraxıb.
Çempionlar Liqasının liqa mərhələsinin VI turunda dekabrın 8-də PSJ səfərdə “Aston Villa” ilə, “Roma” isə doğma meydanda “Sportinq”lə qarşılaşacaq.
Xatırladaq ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris klubu ötən mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb.