- Çempionlar liqası
- 02:14 26.11.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsinin V turunda “Sportinq” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Lissabondakı “Joze Alvalade” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Matçı polşalı baş hakim Şimon Marçinyak idarə edib.
Görüşdə hesab 33-cü dəqiqədə Luis Suaresin penaltidən vurduğu qolla açılıb. Bruno Fernandeş 48-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Cəmi iki dəqiqə sonra portuqaliyalı futbolçu dublunu rəsmiləşdirərək qonaqları önə keçirib.
Lakin 80-ci dəqiqədə Luis Suares yenidən fərqlənərək hesabı bərabərləşdirib. Matçın 90+3-cü dəqiqəsində isə qonaqların futbolçusu Yuri Tilemans ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra “Sportinq” 10 xalla turnir cədvəlinin doqquzuncu, “Mançester Yunayted” isə 7 xalla 19-cu pilləsində qərarlaşıb.
Çempionlar Liqasının liqa mərhələsinin VI turunda dekabrın 8-də “Sportinq” səfərdə “Roma” ilə qarşılaşacaq. Həmin gün “Mançester Yunayted” “RB Leypsiq”i qəbul edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris təmsilçisi ötən mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.