26 noyabr 2026. Cümə axşamı

“Liverpul” Belçikada “Brügge”ni darmadağın etdi


“Liverpul” Belçikada “Brügge”ni darmadağın etdi
Rəsmi

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Liverpul” səfərdə “Brügge” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Belçikada keçirilən görüş İngiltərə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 13-cü dəqiqədə açılıb. Aleksander İsak “Brügge”nin qapıçısı Yan Zommerin səhvindən yararlanaraq komandasını önə keçirib. Bu epizodda Dominik Soboslai məhsuldar ötürmə ilə yadda qalıb.

İkinci hissədə mersisaydlılar üstünlüklərini daha da artırıblar. 79-cu dəqiqədə Florian Virts fərqi iki topa çatdırıb. Cəmi dörd dəqiqə sonra isə İsak dublunu rəsmiləşdirərək matçın yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, “Liverpul” Belçikadan üç xalla qayıdıb.







Çempionlar liqası

“Liverpul”un futbolçusu zədələndi
  • Çempionlar liqası
  • 02:20 26.11.2026
“Liverpul”un futbolçusu zədələndi