26 noyabr 2026. Cümə axşamı

“Lill” “Bavariya” üzərində əzmkar qələbə qazanıb


“Lill” “Bavariya” üzərində əzmkar qələbə qazanıb
Rəsmi

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Fransanın “Lill” klubu doğma meydanda Almaniya nəhəngi “Bavariya”nı məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Fransada keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 15-ci dəqiqədə Münhen təmsilçisi açıb. Tom Bişofun künc zərbəsindən sonra Dayo Upamekano başla dəqiq zərbə endirərək komandasını önə keçirib.

Bundan sonra “Bavariya” üstünlüyünü artırmağa çalışsa da, meydan sahibləri hücumlarını gücləndiriblər.

İkinci hissədə “Lill” hesabı dəyişməyi bacarıb. 62-ci dəqiqədə Ayase Ueda tarazlığı bərpa edib. Cəmi üç dəqiqə sonra isə Aleksandr Pavloviçin avtoqolu Fransa klubunu önə keçirib.

Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və “Lill” 2:1 hesablı əzmkar qələbəyə sevinib.







Çempionlar liqası

“Liverpul”un futbolçusu zədələndi
  • Çempionlar liqası
  • 02:20 26.11.2026
“Liverpul”un futbolçusu zədələndi