26 noyabr 2026. Cümə axşamı

“Atletiko” “Vikinq”i iki qolla məğlub etdi


“Atletiko” “Vikinq”i iki qolla məğlub etdi
Rəsmi

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Madrid “Atletiko”su Norveçin “Vikinq” klubunu məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, “Metropolitano” stadionunda keçirilən qarşılaşma Dieqo Simeonenin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri oyuna fəal başlayaraq 19-cu dəqiqədə hesabı açıblar. Aleksander Sörlot düzgün mövqe seçərək komandasının hücumunu dəqiq zərbə ilə tamamlayıb.

Cəmi beş dəqiqə sonra Madrid təmsilçisi fərqi artırıb. Xulian Alvares cərimə zərbəsindən qapıya zərbə endirib. Epizodun təkrar görüntülərinə baxışdan sonra topun qapı xəttini tam keçdiyi təsdiqlənib və qol qeydə alınıb.

Ardıcıl iki qol buraxan “Vikinq” hücumlarını gücləndirərək Yan Oblakın qoruduğu qapı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Lakin İspaniya klubunun müdafiə xətti rəqibin cəhdlərinin qarşısını alıb.

Beləliklə, “Atletiko” doğma meydanda 2:0 hesablı qələbə qazanıb.







Çempionlar liqası

“Liverpul”un futbolçusu zədələndi
  • Çempionlar liqası
  • 02:20 26.11.2026
“Liverpul”un futbolçusu zədələndi