26 noyabr 2026. Cümə axşamı

Çempionlar Liqasında yalnız bir komanda bütün oyunlarda qələbə qazanıb


Çempionlar Liqasında yalnız bir komanda bütün oyunlarda qələbə qazanıb
Marca

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, pley-off mərhələsinə vəsiqə qazanacaq komandalar isə qarşıdakı üç turun nəticələrindən sonra müəyyənləşəcək.

Turnir qaydalarına əsasən, ilk səkkiz pillədə qərarlaşan komandalar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü yerləri tutan kollektivlər isə pley-offun pley-in mərhələsində mübarizə aparacaqlar.

Qeyd edək ki, indiyədək keçirilən beş turun hamısında qələbə qazanan yeganə komanda “Real”dır. Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv “İnter”i (2:1), “Roma”nı (4:3), “RB Leypsiq”i (4:1), AEK-i (3:2) və PSV-ni (5:1) məğlub edib.

Turnir cədvəlinin ikinci pilləsində isə PSJ qərarlaşıb. Paris təmsilçisi V turda “Roma” ilə 2:2 hesablı heç-heçə edərək ilk dəfə xal itirib. Hazırda komandanın aktivində 13 xal var.







Çempionlar liqası

“Liverpul”un futbolçusu zədələndi
  • Çempionlar liqası
  • 02:20 26.11.2026
“Liverpul”un futbolçusu zədələndi