- Çempionlar liqası
- 20:57 26.11.2026
"Barselona"nın futbolçusu Entoni Qordon azarkeşlərin səsverməsi nəticəsində UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.
90deqiqe.Az-ın UEFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, ingiltərəli futbolçu V turda "Sabah"la keçirilən görüşdə (4:1) iki qol vuraraq komandasının qələbəsinə mühüm töhfə verib.
Qeyd edək ki, Qordon səsvermədə Kilian Mbappe ("Real"), Antonio Nusa ("Leypsiq") və Kuço Ernandes ("Betis") kimi futbolçuları geridə qoyub.