5 dekabr 2025. Cümə

Falkao "Real Madrid"lə matçda oynaya bilər


Falkao "Real Madrid"lə matçda oynaya bilər

"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkao Çempionlar Liqasının qrup mərhələsinın IV turunda "Real Madrid"lə İspaniyadakı matçda çıxış edə bilər.

Corner.az "Haberturk"ə istinadən xəbər verir ki, bir aydır komanda ilə birlikdə məşqlərdə olmayan 33 yaşlı hücumçu son günlər fərdi məşqlərə başlayıb. İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim kolumbiyalı futbolçu ilə görüşüb və onun İspaniyadakı səfər oyununda oynamağının önəmli olduğunu vurğulayıb.

Təcrübəli hücumçu görüşə kimi tam hazır olmasa, start heyətdə deyil, sonradan oyuna daxil ola bilər.

Qeyd edək ki, noyabrın 6-da keçiriləcək "Real Madrid" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. 







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”