23 oktyabr 2024. Çərşənbə

Londonda bol qollu heç-heçə, Borussiya'dan tarixi geri dönüş


Londonda bol qollu heç-heçə, Borussiya'dan tarixi geri dönüş
Çempionlar Liqasında qrup mərhələsinin IV turun oyunlarına start verilib.

Corner.az-ın məlumatına görə, bu gün 4 qrupda 8 qarşılaşma baş tutub.
 
E qrupunun favoritləri "Napoli" ilə "Liverpul" rəqiblərini evdə qarşılayıb. İngiltərə təmsilçisi qələbə qazandığı gündə İtaliya təmsilçisi xal itkisi ilə üzləşib.
 
F qrupunda "Barselona" səfərdə məğlub etdiyi "Slaviya"nı doğma meydanında qəbul edib. Kataloniya təmsilçisi gözlənilməz şəkildə xal itirib. Daha maraqlı görüş isə "Borussiya" ilə "İnter" arasındakı baş tutub. Milanlılar ilk yarını 2:0 öndə başa vursa da, fasilədən sonra 3 qol vuran Almaniya təmsilçisi möhtəşəm geridönüşə imza atıb.
 
G qrupunun lideri "Leypsiq" çətin Rusiya səfərində inamlı qələbə qazanıb. "Lion" isə autsayder "Benfika" ilə üz-üzə gəlib və qalib gəlib.
 
H qrupunun ən maraqlı oyunu Londonda keçirilib. 6 xalla liderliyi bölüşən "Çelsi" ilə "Ayaks" qarşılaşıb. 8 qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib. "Lill" isə növbəti mərhələ şansını davam etdirmək üçün səfərdə "Valensiya"nın qonağı olub. Amma ispanlar qalib gələrək buna imkan verməyiblər.
 
UEFA Çempionlar Liqası
5 noyabr
 
E qrupu
 
"Liverpul" (İngiltərə) - "Genk" (Belçika) 2:1
Qol: Veynaldum, 14. Oksleyd-Çemberleyn, 63 – Samata, 41.
Baş hakim: İvan Kruzlyak (Slovakiya)
Liverpul. "Enfild Roud"
 
"Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya) 1:1
Qol: Lozano, 44 – Haaland, 11-pen.
Baş hakim: Şimon Maçinyak (Polşa)
Neapol. "San Paolo"
 

1.

Liverpul

4

3

0

1

10-7

9

2.

Napoli

4

2

2

0

6-3

8

3.

Zalsburq

4

1

1

2

12-10

4

4.

Genk

4

0

1

3

4-12

1


F qrupu
 
"Barselona" (İspaniya) - "Slaviya" (Çexiya) 0:0
Baş hakim: Maykl Oliver (İngiltərə)
Barselona. "Nou Kamp"
 
"Borussiya" (Dortmund, Almaniya) - "İnter" (İtaliya) 3:2
Qol: Hakimi, 51; 77. Brandt, 64 - L.Martines, 5. Vesino, 40.
Baş hakim: Danni Makelie (Hollandiya)
Dortmund. "Siqnal İduna Park"
 

1.

Barselona

4

2

2

0

4-2

8

2.

Borussiya D

4

2

1

1

5-4

7

3.

İnter

4

1

1

2

6-6

4

4.

Slaviya

4

0

2

2

2-5

2


G qrupu
 
"Zenit" (Rusiya) - "Leypsiq" (Almaniya) 0:2
Qol: Demme, 45+5. Sabitser, 63.
Baş hakim: Orel Qrinfeld (İsrail)
Sankt-Peterburq. "Qazprom Arena"
 
"Lion" (Fransa) - "Benfika" (Portuqaliya) 3:1
Qol: Anderson, 4. Depay, 33. Traore, 89 - Seferoviç, 78.
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Lion. "Qrupama Arena"
 

1.

Leypsiq

4

3

0

1

6-4

9

2.

Lion

4

2

1

1

7-4

7

3.

Zenit

4

1

1

2

5-6

4

4.

Benfika

4

1

0

3

5-9

3


H qrupu
 
"Valensiya" (İspaniya) - "Lill" (Fransa) 4:1
Qol: Parexo, 66. Soumaoro, 82-öz qapısına. Kondoqbia, 84. Torres, 90 - Osimhen, 25.
Baş hakim: Sergey Karasyov (Rusiya)
Valensiya. "Mestalya"
 
"Çelsi" (İngiltərə) - "Ayaks" (Hollandiya) 4:4
Qol: Jorjinyo, 5-pen; 71pen. Aspilikueta, 63. R.Ceyms, 74 - Abraham, 2-öz qapısına. Promes, 20. Arissabalaqa, 35-öz qapısına. Van de Bek, 55.
Baş hakim: Canluka Rokki (İtaliya)
London. "Stemford Bric"
 

1.

Ayaks

4

2

1

1

10-5

7

2.

Çelsi

4

2

1

1

7-6

7

3.

Valensiya

4

2

1

1

6-5

7

4.

Lill

4

0

1

3

3-10

1








Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"