26 mart 2026. Cümə axşamı

Real'ın hücumçusu tarixə düşdü


Real'ın hücumçusu tarixə düşdü

"Real"ın gənc hücumçusu Rodriqo tarixə düşüb.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, buna Çempionlar Liqasının qrup mərhələsinin "Qalatasaray"la görüşdə nail olub.

"Santyaqo Bernabeu"dakı matçda het-trik edən braziliyalı futbolçu bu turnirdə qol vuran ən gənc oyunçu olub. Belə ki, o, 18 yaş 301 günündə fərqlənib.Rodriqo həmçinin ÇL tarixində het-trik müəllifi olan ən gənc ikinci futbolçu ünvanına da sahib olub.

Rodriqo indi yalnız "Real"ın sabiq futbolçusu Raul Qonzalesdən geri qalır. Raul 1995-ci ildə "Ferensvaroş"la matçda 18 yaş 113 günlüyündə 3 qol vurmuşdu.

Qeyd edək ki, "Real"ın "Qalatasaray"a 6:0 hesabı ilə gəldiyi oyunda Rodriqo 1 məhsuldar ötürmə verib.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"