12 may 2026. Çərşənbə axşamı

Qvardiola 600-ə çatdı


Qvardiola 600-ə çatdı

Çempionlar Liqasının qrup mərhələsində "Atalanta" ilə səfər matçı "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis yubiley matçına çıxıb.

Belə ki, İtaliyadakı qarşılaşma Qvardiolanın baş məşqçilik karyerasında 600-cü oyunu olub. O, bunun 192-ni "Bavariya"da, 247-ni isə "Barselona"da keçirib. Qvardiolanın komandaları 600 görüşün 448-də qalib gəliblər. Bu isə 75%-lik göstərici deməkdi.

Qeyd edək ki, "Atalanta" - "Mançester Siti" oyunu 1:1 hesabı ilə yekunlaşıb.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"