26 mart 2026. Cümə axşamı

Benzema Messinin rekordunu təkrarladı


Benzema Messinin rekordunu təkrarladı

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qalatasaray"ı böyükhesablı məğlub etdiyi oyunda "Real"ın hücumçu Kərim Benzema dubla imza atıb.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı hücumçu bu turnirdə qol hesabını açıb.

Bununla Benzema ardıcıl 15-ci mövsümdü ÇL-da ən azı 1 qol da vurmağı bacarıb O, bu göstərici ilə "Barselona"nın hücumçusu Lionel Messiyə məxsus rekordu təkrarlayıb. Argentinalı futbolçu 3-cü turda "Slaviya" ilə qarşılaşmada buna nail olmuşdu.

Bundan əlavə qollarının sayını 50-yə çatdıran fransalı futbolçu əfsanəvi Alfredo Di Stefanonu (49 qol) geridə qoyub və klub tarixinin 3-cü bombardiri olub.O, Raul (66) və Kriştiano Ronaldodan (105) geri qalır.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real"ın şərəfini qoruyur.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"