5 dekabr 2025. Cümə

Beyl oynamağa hazır deyil - Zidan


Beyl oynamağa hazır deyil - Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan  komandanın bərpa prosesi keçən futbolçusu Beyl haqda danışıb.

Corner.az “BBC"yə istinadən xəbər verir ki, fransalı mütəxxəsis deyib ki, 30 yaşlı hücumçu Uels millisinə çağırılsa da, oynamağa hazır deyil: “Biz onun yaxşı çıxış etməsini istəyirik. Problem bundadır ki, o hələ ki, yaxşı formada deyil. Uelsin Beyli milliyə dəvət etmək hüququ var. Bu, FİFA-nın təqviminə uyğun olaraq aparılır və biz buna müdaxilə edə bilmərik. Mən bütün oyunçularımın yaxşı vəziyyətdə olduqlarını görmək istəyirəm. Millidə həftənin  necə keçəcəyini görəcəyik”.

Qeyd edək ki, Beyl Avro-2020-nin seçmə mərhələsində Azərbaycan (16 noyabr) və Macarıstanla (19 noyabr) oyunlar üçün milliyə çağırılıb.

Xatırladaq ki, Uels millisinin baş məşqçisi Rayan Giqqz Beylin ona Azərbaycanla matça kimi hazır olacağını söylədiyini açıqlayıb. O, yığmanın oyunlarına kimi  uelsli futbolçunun "Real"la oyunda iştirakının onlar üçün ideal variant olacağını bildirib.(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”