29 iyun 2026. Bazar ertəsi

Mançester Siti'nin futbolçusu tarixə düşdü


Mançester Siti'nin futbolçusu tarixə düşdü
Mançester Siti Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atalanta” ilə heç-heçə edib – 1:1.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər”in qapıçısı Klaudio Bravo bu turnirdə tarixə düşüb. 
 
Belə ki, fasilədə Edersonun əvəzlənən 36 yaşlı qolkiper, 81-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Bravo, ÇL tarixində oyuna sonradan girib, meydandan qovulan ilk qapıçı olub.
 
Qeyd edək ki, Bravonun əvəzinə qapını Kayl Uolker qoruyub.






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu