- Çempionlar liqası
- 22:05 25.11.2024
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, VI turun sonuncu oyun günündə 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi Real Madrid İspaniyada Rusiya CSKA-sını sınağa çəkəcək. Qrupun digər matçında isə Çexiyanın Viktoriya (Plzen) kollektivi İtaliya Roma-sını qəbul edəcək. İspanlar və italyanlar öncədən növbəti mərhələni təmin edib. Digər iki komanda isə bu turda Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
1/8 finalı daha öncədən təmin edən digər komanda İngiltərənin Manchester City klubu evdə Almaniya Hoffenheim"ı ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupun digər oyununda növbəti mərhələyə iddialı iki komanda üz-üzə gələcək. Ukrayna Shakhtar-u evdə Fransa Lyon-unu məğlub edərək pley-offa yüksəlməyə çalışacaq. Fransızlara isə növbəti mərhələ üçün ən azı bir xal bəs edir.
E və H qruplarında 1/8 finalçılar və Avropa Liqasında mübarizə aparacaq komandalar əvvəlcədən müəyyənləşib.
12 dekabr
Çempionlar Liqası, VI tur
E qrupu
00:00. Benfica (Portuqaliya) - AEK (Afina, Yunanıstan)
00:00. Ajax (Hollandiya) - Bayern Munich (Almaniya)
Xal durumu: "Bayern Munich - 13, Ajax - 11, Benfica - 4, AEK - 0.
F qrupu
00:00. Manchester City (İngiltərə) - Hoffenheim (Almaniya)
00:00. Shakhtar (Donetsk, Ukrayna) - Lyon (Fransa)
Xal durumu: Manchester City - 10, Lyon - 7, Shakhtar - 5, Hoffenheim - 3.
G qrupu
21:55. Real Madrid (İspaniya) - CSKA (Moskva, Rusiya)
21:55. Viktoriya (Plzen, Çexiya) - Roma (İtaliya)
Xal durumu: Real Madrid - 12, Roma - 9, Viktoriya - 4, CSKA - 4.
H qrupu
00:00. Valencia (İspaniya) - Manchester United (İngiltərə)
00:00. Young Boys (İsveçrə) - Juventus (İtaliya)
Xal durumu: Juventus - 12, Manchester United - 10, Valencia - 5, Young Boys -