29 iyun 2026. Bazar ertəsi

Mbappeni çox sevirəm - Zidan


Mbappeni çox sevirəm - Zidan

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ ilə sabahkı oyun öncəsi rəqib komandanın futbolçusu Kilian Mbappe haqda danışıb.

Corner.az-ın İspaniya mətbuatına istinadən xəbərinə görə, o, fransalı hücumçuya qarşı xüsusi hazırlaşdıqlarını bildirib: "Mbappe "Santyaqo Bernabeu"ya rəqib kimi gəlir. Nəticə çox önəmlidir. Kilian möhtəşəm futbolçudur və oyunçularımı ona qarşı xüsusi hazırlamışam. Nə etdiyimizi isə söyləyə bilmərəm".

O, son zamanlar adı Madrid klubu ilə Mbappe haqda müsbət fikirlər səsləndirib: "Onu uzun müddətdir tanıdığımı hər kəs bilir, Mbappeni bir insan kimi çox sevirəm. Amma biz hazırda rəqibik".(qol)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu