20 aprel 2026. Bazar ertəsi

Dibala türk futbolçuya əsgər salamı verdi sonra qucaqladı - FOTO+VİDEO


Dibala türk futbolçuya əsgər salamı verdi sonra qucaqladı - FOTO+VİDEO

Yuventus'un futbolçusu Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsində hazırda davam edən "Atletiko" ilə matçda vurduğu qolu əsgər salamı ilə qeyd edib.

Corner.az xəbər verir ki, argentinalı hücumçu 45+2-ci dəqiqədə görüşdə hesabı açdıqdan sonra əsgər salamı verərək ehtiyatda oturan komanda yoldaşı Merih Demiralın yanına gedib və onu qucaqlayıb.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları Avro-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da onlar Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər. (qol)











Çempionlar liqası