23 yanvar 2025. Cümə axşamı

Bu nəticəyə layiq deyildik - Fatih Terim


Bu nəticəyə layiq deyildik - Fatih Terim

"İkinci qolu vura bilərdik. Xüsusən də ilk hissədə. Fasilədən sonra da qol şanslarımız oldu. Rəqib də 1-2 dəfə epizodlar yaratdı. 90+2-ci dəqiqədə 10 nəfərlə gəldilər. Həmin ana qədər matç nəzarətimizdə idi".

Corner.az "Sporx" nəşrinə istinadən xəbər verir ki, bunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin V turunda İstanbulda "Brügge" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis görüş ərzində yarımmüdafiə mövqeyini bağlaya bildiklərini sözlərinə əlavə edib: "Bu mövsüm dəb halını alıb: son dəqiqələrdə qollar buraxırıq. Meydanda həvəslə, istəklə, mübariz oynayan komanda var idi. Bu nəticəyə layiq deyildik. Həqiqətən çox üzüldüm. Ediləcək hər hansı bir şey yoxdur. Hesabı 2:0-a çatdıra bilmədiyiniz anda hər şey təhlükəli olur". 

Terim Avropa Liqasına vəsiqə verən qrup üçüncülüyü üçün son oyuna qədər mübarizə aparacaqlarını vurğulayıb: "Ümidsiz vəziyyətdə deyilik. Hər ötən gün daha yaxşı çıxış edirik. Ömər Bayram "Yoruldum, hocam, məni əvəzlə" deməsəydi, bunu etməyəcəkdim. Bəzən tərəzidən bir daşı götürəndə bütün tarazlıq pozulur. Mən də belə matçlarda start heyətə istədiyim oyunçunu qoymaq istəyirdim, amma beləsi yox idi".

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində ikinci xalını qazanan İstanbul təmsilçisi Avropa Liqasına vəsiqə qazanmaq üçün növbəti tur Fransada PSJ-ni məğlub etməli, "Brügge"nin isə Belçikada "Real Madrid"lə görüşdə xal itirməsini gözləməlidir. 







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi