- Çempionlar liqası
- 14:35 23.01.2025
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Olimpiakos"la keçirilən oyun "Tottenhem"in hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Corner.az-ın məlumatına görə, London təmsilçisinin rəqibi 4:2 hesabı ilə məğlub etdiyi görüşdə 26 yaşlı futbolçu dubla imza atıb.
Keyn bununla Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Belə ki, o, bu turnirdə ən tez müddətdə 20 qol vuran futbolçu olub. İngiltərəli hücumçu bunu 24 oyunda gerçəkləşdirib. İndiyə qədər rekord 26 matçda 20 dəfə fərqlənən Alessandro Del Pyeroya məxsus idi. Siyahıda üçüncü sırada olan Rud van Nistelroya isə bunun üçün 27 oyun lazım olub.
Qeyd edək ki, xallarının sayını 10-a çatdıran "Tottenhem" son tur öncəsi 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.