14 avqust 2026. Cümə

Mourinyo Diyerdən üzr istədi


Mourinyo Diyerdən üzr istədi
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Olimpiakos"la matçdan sonra futbolçusu Erik Diyerdən üzr istəyib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis futbolçunu matçın 29-cu dəqiqəsində əvəzlədiyi üçün üzrxahlıq edib:

"Demək istədiyim ilk söz Diyerdən üzr istəyirəm. Onun üçün asan bir vəziyyət deyil. Bu qərarı komanda üçün bir həll yolu tapmağa görə verdim. Dele Ali ilə oynaya biləcək bir futbolçuya ehtiyac var idi. Ümid edirəm ki, tərəflər bunu anlayıb”.

Qeyd edək ki, “Tottenhem” “Olimpiakos”a 4:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu