UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Olimpiakos”u 4:2 hesabıyla məğlub edən “Tottenhem” pley-offa vəsiqə qazanıb.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu nəticəylə, London klubunun baş məşqçisi Joze Mourinyo turnirin tarixinə düşüb.
56 yaşlı məşqçi, 6 fərqli klubla Çempionlar Liqasının qrup mərhələsini geridə qoyan ilk mütəxəssis olub. Portuqaliyalı mütəxəssis “Tottenhem”ə qədər “Portu”, “Çelsi”, “İnter”, “Real” və “Mançester Yunayted”lə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.