16 avqust 2026. Bazar günü

Liverpul futbolçusunu itirdi


Liverpul futbolçusunu itirdi

"Liverpul" yarımmüdafiəçisi Fabinyo sıradan çıxıb.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə keçirilən qarşılaşmada zədələnib.

1:1 hesabı ilə bitən matçın 19-cu dəqiqəsində Fabinyo məcburi əvəzlənməli olub. Komandanın baş məşqçisi Yurgen Klopp futbolçusunun durumu barədə açıqlama verib.

Almaniyalı mütəxəssis Fabinyonun topuq nahiyəsindən xəsarət aldığını, dəqiq diaqnozun bugünkü müayindən sonra məlum olacağını söyləyib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu