29 iyun 2026. Bazar ertəsi

Ronaldo Əli Daeinin rekordunu qırdı


Ronaldo Əli Daeinin rekordunu qırdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu qırıb.

Corner.az-ın məlumatına görə, 36 yaşlı hücumçu buna İrlandiyaya qarşı keçirdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.

89-cu dəqiqədə komandasının bərabərlik qolunu vuran Kriştiano yığmada 110-cu dəfə fərqlənib. Beləliklə, Ronaldo milli komandalarda ən çox qol vuran oyunçu ünvanını ələ keçirib.

Ronaldo 90+6-cı dəqiqədə isə komandasına qələbə qazandıran qolu vurub - 2:1.

Qeyd edək ki, Əli Daei İran millisində 109 qol vurub.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi