- Dünya çempionatı
- 22:53 04.12.2025
DÇ-2022-nin seçmə mərhələsində 4-cü turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 13 qarşılaşma baş tutub.
A qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına çıxıb. Canni De Byazinin komandası səfərdə Lüksemburqun qonağı olub və növbəti məğlubuyyətlə üzləşib. Qrupun digər matçında Portuqaliya millisi İrlandiyanı qəbul edib və əzmkar qələbə qazanıb.
G qrupunda mübarizə aparan Türkiyə millisi Monteneqro ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. Qrupun digər matçlarında Niderland yığması Norveçlə heç-heçə edibsə, Cəbəllütariq seçməsi isə Latviya səfərində uduzub
D qrupunda dünya çempionatının son qalibi Fransa yığması doğma meydanda Bosniya və Herseqovina ilə qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib.
DÇ-2022-nin seçmə mərhələsi
4-cü tur
1 sentyabr
A qrupu
Portuqaliya – İrlandiya 2:1
Qol: Ronaldo, 89; 90+6 – Eqan, 45.
Lüksemburq – Azərbaycan 2:1
Qol: M.Pinto, 8. J.Rodriqes, 28-pen – E.Mahmudov, 67.
Portuqaliya – 10, Serbiya – 7, Lüksemburq – 6, Azərbaycan – 0, İrlandiya – 0
D qrupu
Qazaxıstan – Ukrayna 2:2
Qol: Valiullin, 74; 90+6 – Yaremçuk, 2. Sikan, 90+3.
Fransa – Bosniya və Herseqovina 1:1
Qol: Qrizmann, 40 – Dzeko, 36.
Fransa – 8, Ukrayna – 4, Finlandiya – 2, Bosniya və Herseqovina – 2, Qazaxıstan – 2
F qrupu
Danimarka – Şotlandiya 2:0
Qol: Vass, 14. Mehle, 15.
Moldova – Avstriya 0:2
Qol: Baumqartner, 45+1. Arnautoviç, 90+4.
Farer adaları – İsrail 0:4
Qol: Zahavi, 12; 44; 90+2. Dabbur, 52.
Danimarka – 12, İsrail – 7, Avstriya – 7, Şotlandiya – 5, Farer adaları – 1, Moldova – 1
G qrupu
Norveç – Niderland 1:1
Qol: Haland, 20 – Klaassen, 37.
Türkiyə – Monteneqro 2:2
Qol: C.Ünder, 9. Y.Yazıcı, 31 – Maruşiç, 40. Radunoviç, 90+7.
Latviya – Cəbəllütariq 3:1
Qol: Qutkovski, 50-pen; 85. Çiqanik, 89 – De Barr, 71-pen.
Türkiyə – 8, Niderland – 7, Monteneqro – 7, Norveç – 7, Latviya – 4, Cəbəllütariq – 0
H qrupu
Rusiya – Xorvatiya 0:0
Sloveniya – Slovakiya 1:1
Qol: Stoyanoviç, 42 – Bojenik, 32.
Malta – Kipr 3:0
Qol: Attard, 44; 54. Mbonq, 46.
Xorvatiya – 7, Rusiya – 7, Slovakiya – 6, Sloveniya – 4, Malta – 4, Kipr – 4