3 may 2026. Bazar günü

Ronaldonun Azərbaycana getməsinin mənası yoxdur


Ronaldonun Azərbaycana getməsinin mənası yoxdur

"Kriştiano Ronaldonun bizimlə gedim-getməyəcəyinə qərar verəcəyik".

Corner.az-ın məlumatına görə, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernando Santoş İrlandiyanı 2:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.

67 yaşlı mütəxəssis sarı vərəqə aldğı üçün cəzalı duruma düşən 36 yaşlı hücumçunun durumu haqqında danışıb: "24, 25 oyunçumuz var. Ronaldo Azərbaycana səfər etməyəcək, bunun mənası yoxdur. Qətərlə yoldaşlıq oyunu üçün Macarıstana 3 saatlıq səfərimiz olacaq. Qarşılaşmadan sonra isə 3,5 saata Azərbaycana çatacağıq".

Qeyd edək ki, sentyabrın 4-də Qətərlə yoldaşlıq matçında qarşılaşacaq Portuqaliya seçməsi sentyabrın 7-də Azərbaycan millisinin qonağı olacaq. Ronaldo cəzalı olduğu üçün Azərbaycan yığması ilə görüşü buraxacaq.







Dünya çempionatı

"ABŞ çox güclü milli komandaya sahibdir"
  • Dünya çempionatı
  • 00:07 23.04.2026
"ABŞ çox güclü milli komandaya sahibdir"