1 oktyabr 2026. Cümə axşamı

Ronaldo millinin düşərgəsindən ayrıldı


Ronaldo millinin düşərgəsindən ayrıldı
Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo millinin düşərgəsindən ayrılıb. Corner.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə oyunda (2:1) sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Ronaldonun yığmanın düşərgəsində qalmasına ehtiyac duyulmayıb. Bu səbəbdən də 36 yaşlı futbolçu yenicə transfer olunduğu “Mançester Yunayted”in düşərgəsinə qayıdıb.
 
Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər