22 oktyabr 2024. Çərşənbə axşamı

DÇ-2022: İspaniya uduzdu, İtaliya xal itirdi


DÇ-2022: İspaniya uduzdu, İtaliya xal itirdi

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 4-cü turun qalan oyunları keçirilib.

Corner.az xəbər verir ki, ikinci oyun günündə daha 12 qarşılaşma baş tutub.

B qrupunda İspaniya səfərdə İsveçin qonağı olub və gözlənilməz məğlubiyyətlə üzləşib. Kosovo isə Gürcüstanın qonağı olub və qalib gəlib.

Avropa çempionu İtaliya doğma meydanda Bolqarıstanı qəbul edib. Meydan sahibləri bu turu 1 xalla başa vurublar. C qrupunun digər matçında Litva və Şimali İrlandiya komandaları qarşılaşıb. Bu oyunda isə qonaqlar darmadağınla qələbə qazanıb.

I qrupunda mübarizə aparan İngiltərə səfərdə Macarıstanı, J qrupundakı Almaniya isə Lixtenşteyni sınağa çəkib. Hər iki oyunda qonaqlar qələbə qazanıb.

DÇ-2022-nin seçmə mərhələsi
4-cü tur
2 sentyabr

B qrupu

Gürcüstan – Kosovo 0:1
Qol: Muriqi, 18.

İsveç – İspaniya 2:1
Qol: İsak, 6. Klaesson, 57 – Soler, 5.

İsveç – 9, İspaniya – 7, Kosovo – 3, Yunanıstan – 2, Gürcüstan – 1

C qrupu

Litva – Şimali İrlandiya 1:4
Qol: Baravikas, 54 – Ballard, 20. Vaşinqton, 52. Laveri, 67. Maneyr, 82.

İtaliya – Bolqarıstan 1:1
Qol: Kyeza, 16 – İliyev, 39.

İtaliya – 10, İsveçrə – 6, Şimali İrlandiya – 4, Bolqarıstan – 2, Litva – 0

E qrupu

Estoniya – Belçika 2:5
Qol: Kayt, 2. Sorqa, 83 – Vanaken, 22. Lukaku, 29; 52. Vitsel, 65. Foket, 76.

Çexiya – Belarus 1:0
Qol: Barak, 34.

Belçika – 10, Çexiya – 7, Uels – 3, Belarus – 3, Estoniya – 0

I qrupu

Andorra – San Marino 2:0
Qol: Vales, 18; 24.

Macarıstan – İngiltərə 0:4
Qol: Sterlinq, 55. Keyn, 63. Maquayr, 69. Rays, 87.

Polşa – Albaniya 4:1
Qol: Levandovski, 12. Buksa, 44. Krixovyak, 54. Linetti, 89 – Çikalleşi, 25.

İngiltərə – 12, Macarıstan – 7, Polşa – 7, Albaniya – 6, Andorra – 3, San Marino – 0

J qrupu

Lixtenşteyn – Almaniya 0:2
Qol: Verner, 41. Sane, 77.

Şimali Makedoniya – Ermənistan 0:0

İslandiya – Rumıniya 0:2
Qol: Man, 47. Stanku, 83.

Ermənistan – 10, Almaniya – 9, Şimali Makedoniya – 7, Rumıniya – 6, İslandiya – 3, Lixtenşteyn – 0







Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq