7 avqust 2026. Cümə

DÇ-2022: Millimiz İrlandiyada qələbəni əldən verdi


DÇ-2022: Millimiz İrlandiyada qələbəni əldən verdi

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti matçına çıxıb.

Corner.az xəbər verir ki, Canni De Byazinin yetirmələri A qrupundakı 4-cü matçında səfərdə İrlandiya ilə üz-üzə gəlib.

 Dublində iki autsayder qarşılaşıb. Məsələ burasındadır ki, hər iki komanda buna qədər keçirdiyi üç matçda məğlubiyyətlə üzləşmişdi. Qarşılaşmada hesabı millimiz açsa da matçın sonlarında rəqib hesabı bərabərləşdirməyi bacarıb. Beləcə, bu oyunda qalib müəyyənləşməyib.

Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə məğlub olub.

A qrupu çərçivəsində bu gün daha bir oyun keçirilib. Serbiya yığması evdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirib və 4:1 hesablı qələbəyə sevinib.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
4 sentyabr

İrlandiya – Azərbaycan 1:1
Qol: Ş.Daffi, 87 – E.Mahmudov, 45+2.
Baş hakim: Jerom Brizar (Fransa).
Dublin. “Aviva” stadionu.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"