14 noyabr 2026. Şənbə

Portuqaliya ilə oyun üçün millimizə daha bir futbolçu çağırıldı


Portuqaliya ilə oyun üçün millimizə daha bir futbolçu çağırıldı
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub.

Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev millinin heyətinə qoşulub.
 
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.






Dünya çempionatı