4 fevral 2026. Çərşənbə

Braziliya - Argentina oyunu təxirə salındı - Qalmaqal


Braziliya - Argentina oyunu təxirə salındı - Qalmaqal
DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya – Argentina matçında qalmaqal hadisəsi baş verib.

Corner.az xəbər verir ki, bu matçın startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar.
 
Onlar Argentina millisinin İngiltərədən gələn oyunçularının (Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso və Kristian Romeronun ( hər ikisi “Tottenhem”) heyətdən çıxarılmasını tələb ediblər. Bu səbəbdən də Braziliya - Argentina oyunu dayandırılıb. Argentina millisi və hakimlər yaşanan mübahisələrdən sonra meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.
 
Qeyd edək ki, hələ oyundan öncə Braziliya Səhiyyə Nazirliyi açıqlama yayaraq bu dörd oyunçunun koronavirus testləri ilə əlaqədar ölkəyə buraxılmasına qarşı çıxmış, hətta onların geri qaytarılmasını tələb etmişdi. CONMEBOL isə, bu oyunçuların Braziliya ilə oyunda iştirakına dair heç bir problem olmadığı ilə bağlı məlumat yaymışdı.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı