29 iyun 2026. Bazar ertəsi

Kurtua millinin növbəti matçını buraxacaq


Kurtua millinin növbəti matçını buraxacaq

Belçika millisinin qapıçısı Tibo Kurtua Belarusa qarşı keçirəcəkləri 2022-ci dünya çempionatının seçmə oyununu buraxacaq.

Corner.az xəbər verir ki, 29 yaşlı qolkiper bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Təcrübəli qapıçı, komanda ilə Belarusa getməyəcəyini deyib: "Real Madrid"də vacib oyunum var və məni uzun səfər gözləyir. Düşünürəm ki, bu, digər qapıçılara da oynamaq üçün yaxşı fürsət olacaqdır".

Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Belarus - Belçika görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Belçika E qrupunda 13 xalla liderdir. "Real Madrid" sentyabrın 12-də La Liqanın IV turunda "Selta Viqo"nu qəbul edəcək.







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi