3 may 2026. Bazar günü

Millimizin daha bir futbolçusu Portuqaliya ilə oyunu buraxacaq


Millimizin daha bir futbolçusu Portuqaliya ilə oyunu buraxacaq

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisi daha bir ciddi itki ilə üzləşib.

Corner.az-ın məlumatına görə, Rüstəm Əhmədzadə sentyabrın 4-də Dublin şəhərində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda sıradan çıxıb.

Ukraynanın "Minay" klubundan dəvət edilən 21 yaşlı hücumçunun zədə səbəbindən sabah keçiriləcək qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya qarşılaşması saat 20:00-da başlayacaq. Millinin düşərgəsini daha əvvəl Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı vərəqə limiti ilə əlaqədar tərk edib.







Dünya çempionatı

"ABŞ çox güclü milli komandaya sahibdir"
  • Dünya çempionatı
  • 00:07 23.04.2026
"ABŞ çox güclü milli komandaya sahibdir"