29 iyun 2026. Bazar ertəsi

Azərbaycan - Portuqaliya oyunu üçün satılmış biletlərin sayı açıqlandı


Azərbaycan - Portuqaliya oyunu üçün satılmış biletlərin sayı açıqlandı

2022-ci il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O bildirib ki, qarşılaşma üçün 19 min bilet satılıb. Koronavirus pandemiyası ilə əlaqədar matça stadionun azarkeş tutumunun 50%-i qədər tamaşaçı buraxılacaq.

Biletləri "iticket" mobil tətbiqi və veb saytı, həmçinin “Gənclik Mall” və “28 Mall”da yerləşən "iticket" bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim edilir. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdır.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.(report)







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi