1 oktyabr 2026. Cümə axşamı

Ölkə prezidenti girov götürüldü, DÇ-2022-nin oyunu təxirə salındı!


Ölkə prezidenti girov götürüldü, DÇ-2022-nin oyunu təxirə salındı!

DÇ-2022-nin Qvineya və Mərakeş milliləri arasındakı seçmə oyunu təxirə salınıb.

Corner.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytı məlumat yayıb. Məlumatda, oyunun təxirə salınmasına səbəb Qvineyadakı hazırkı siyasi və təhlükəsizlik sarıdan vəziyyətin qeyri-sabitliyi olduğu diqqətə çatdırılıb.

Bütün oyunçuların təhlükəsizliyini təmin etmək və matçın rəsmi şəxslərini qorumaqdan ötrü FİFA və CAF sentyabrın 6-da Konakridə keçirilməli olan qarşılaşmanı təxirə salmağa qərar verib.

Qvineyada hərbi çevriliş baş verib. Silahlı qrup ölkə prezidentini girov götürüb, konstitusiyanın fəaliyyətini dayandırıb və bir həftə ərzində ölkəyə bütün giriş-çıxışları bağlayıb.

Qvineya milli komandasının düşərgəsində “Neftçi”nin futbolçusu Mamadu Kane yer alır.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər