1 oktyabr 2026. Cümə axşamı

Messi: Bu, böyük bir rəzalətdir


Messi: Bu, böyük bir rəzalətdir

Argentinalı hücumçu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində yarımçıq dayandırılan Braziliya – Argentina matçı ilə bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu, xoşagəlməz hadisə ilə bağlı bunları deyib:

“Üç gündür burdayıq. Bizi əvvəldən göndərə bilərdilər. Nə üçün oyunun başlamasını gözlədilər? Niyə otelə gəlmədilər? Bu, böyük bir rəzalətdir”.

Braziliya – Argentina matçının startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar. Onlar Argentina millisinin İngiltərədən gələn oyunçularının – Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) – heyətdən çıxarılmasını tələb ediblər. Bu üzdən də Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb. Argentina millisi və hakimlər yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər