24 noyabr 2024. Bazar günü

İntensivliyi 90 dəqiqə qorumalıyıq - De Byazi


İntensivliyi 90 dəqiqə qorumalıyıq - De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 65 yaşlı italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maksim Medvedev və Anton Krivotsyuk oynamayacaq. Düşünürəm ki, sabah meydana Dublindəki heyətə yaxın “11-lik” çıxacaq. Ümid sonda ölür. Amma biz daha çox faktlara fikir verməliyik. FİFA reytinqində 47-ci yerdə gedən komandaya qarşı yaxşı oynadıq. Baxımlı oyun göstərdik. İntensivliyi 90 dəqiqə qorumalıyıq.

Son iki matçda meydana fərqli start heyəti buraxmağımın səbəbi sadədir. Avqustun 25-dən məşq edirdik. Ayın 30-da ölkə xaricində oynayan futbolçular bizə qoşuldu. Onları ikinci hissəyə saxlamışdıq. Fikrimcə, Lüksemburqa qarşı ilk hissədə pis oynasaq da, ikinci yarıda oyunumuzu tapdıq. Heç-heçə edə bilərdik.

Təbii ki, Lüksemburq və İrlandiya ilə oyunlardan cəmi 1 xalla ayrılmağımızdan razı qalmaq olmaz. Amma əvvəlcə hansı qrupda mübarizə aparmağımıza baxmaq lazımdır. Düzdür, reytinqdə 5-ciyik, amma bunun heç bir önəmi yoxdur. Cəmi 1 ildir bu komandaya rəhbərlik edirəm. Gələcəkdə mən olsam da, olmasam da, bu kollektiv gələcək üçün yaxşı layihə alına bilər.

İtaliya mətbuatına verdiyim müsahibə təhrif olunub. Mən demişəm ki, Portuqaliya və Serbiya birinci yer, İrlandiya, Azərbaycan və Lüksemburq isə 3-cü yer uğrunda mübarizə aparacaq.

Kriştiano Ronaldo sabah bizə qarşı oynamayacaq. O, çox böyük oyunçudur. Amma rəqibin heyətində kifayət qədər güclü futbolçular var. Oyunçu baxımdan problemləri yoxdur. Amma futbolda hər şey ola bilər. Fernando Santos hələ də mənim hədiyyəmi verməyib. O, yığmaya mənim sayəmdə gəlib. Çünki məhz Albaniya millisi Portuqaliyaya qalib gəldikdən sonra Santos milliyə baş məşqçi təyin olundu və məğlubiyyətsiz Avropa çempionluğunu qazandı. Ümid edirəm ki, sabah yenə mənə uduzacaq, amma komandasını qrup birincisi edəcək”.







Dünya çempionatı

Martinez Argentina millisində oynamayacaq
  • Dünya çempionatı
  • 22:07 12.11.2024
Martinez Argentina millisində oynamayacaq
37 yaşlı Vidal milliyə çağırılıb
  • Dünya çempionatı
  • 10:50 12.11.2024
37 yaşlı Vidal milliyə çağırılıb
Neymar bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 15:00 30.10.2024
Neymar bu oyunları buraxacaq
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"