26 mart 2026. Cümə axşamı

İki futbolçu Argentina yığmasının düşərgəsini tərk etdi


İki futbolçu Argentina yığmasının düşərgəsini tərk etdi

"Tottenhem"in müdafiəçi Kristian Romero və yarımmüdafiəçi Covanni Lo Çelso Argentina milli komandasının düşərgəsini tərk edib.

Corner.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Sözügedən oyunçular yığmadan ayrılaraq çıxış etdikləri  London klubuna qayıdıblar.

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya – Argentina matçının startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar. Onlar Argentina millisinin İngiltərədən gələn oyunçularının – Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) – heyətdən çıxarılmasını tələb ediblər. Bu üzdən də Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb. Argentina millisi və hakimlər yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"