24 noyabr 2024. Bazar günü

Yaxşı nəticə qazanmaqla bu dəfə azarkeşlərimizi sevindirəcəyik


Yaxşı nəticə qazanmaqla bu dəfə azarkeşlərimizi sevindirəcəyik

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə mərhələ matçından öncə AFFA-nın mətbuat xidmətinə müsahibə verib:

Corner.az 27 yaşlı qolkiperin müsahibəsini təqdim edir.

  • Belə demək mümkünsə, karyeranızın ən pik nöqtəsində ardıcıl iki zədə aldız. İndi özünüzü necə hiss edirsiz, əvvəlki formanı tam bərpa etdiyinizi düşünürsüz?
  • Əslində zədələndiyim an karyeramın ən pik nöqtəsində olduğumu düşünmürəm. Amma mövsümdə ilk dəfə yüksək səviyyədə çıxış edirdim. Zədəmə gəlincə, əlimdəki əməliyyatdan sonra formamı tam bərpa etməsəm də, gündən-günə özümü yaxşı hiss edirəm.
  • Həm “Qarabağ”da, həm də millidə Emil Balayevlə belə demək mümkünsə, amansız rəqabət aparırsız. Bu barədə nə deyə bilərsiz?
  • Peşəkarlıq baxımından bu suala cavab vermək nə dərəcədə doğrudur, bilmirəm. Ona görə də, bu sualı cavablandırmasam, daha yaxşı olar.
  • Bir qapıçı kimi özünüzdə bəyənmədiyiniz xüsusiyyət nədir və ya nə kimi çatışmazlığınızın olduğunu düşünürsüz?
  • Ümumiyyətlə, özümə həddən artıq tənqidi yanaşan insanam. Təbii ki, çatışmazlıqlar var və onları aradan qaldırmaq üçün səylə çalışıram.
  • Azərbaycanda ən çox bəyəndiyiniz qapıçı kimdir?
  • Azərbaycanda ən çox bəyəndiyim qapıçılar Emil Balayev və Mehdi Cənnətovdur.
  • Bəs dünya futbolunda ən çox bəyəndiyiniz qapıçı kimdir?
  • Dünya futbolunda isə İsveçrə millisinin qapıçısı Yann Sommerin oyununu bəyənirəm.
  • Öz oyun üslubunuza bənzətdiyiniz qapıçı varmı?
  • Məncə, oyun üslubuma görə heç bir qapıçıya bənzəmirəm. Amma çox istərdim ki, dünya futbolunun ən məşhur qapıçılarının oyun üslubu, xüsusiyyətləri məndə də olsun.
  • Sizcə, futbol tarixinin ən yaxşı qapıçısı kimdir?
  • Bu suala cavab olaraq birmənalı şəkildə Lev Yaşinin adını çəkə bilərəm. Çünki o, dünya futbolunda qapıçı mövqeyinə bir çox yeniliklər gətirib.
  • Milli seçmə mərhələyə Portuqaliya yığmasına minimalhesablı məğlubiyyətlə başladı. O qarşılaşmada meydanda ən yaxşılardan biri idiz, hətta ən çox seyv edən qapıçı olduz. Həmin oyun barədə nə deyə bilərsiz?
  • Portuqaliya millisi ilə oyunu səhvim üzündən məğlub olmağımızla xatırlayıram. Bununla belə, həmin görüşdə məndə çox şey alındı, çoxlu seyvlər etdim. Əslində, bir qapıçı kimi bu mənim işimdir. Məğlub olduğumuz üçün Portuqaliya millisi ilə qarşılaşmanı xoş təəssüratlarla xatırlaya bilmirəm.
  • Bakıda yenidən Portuqaliya millisinə qarşı oynayacaqsız. Bu oyun barədə nə deyə bilərsiz?
  • Yenidən dünyanın ən yaxşı milli komandasına qarşı oynayacağıq. Məncə, əlavə şərhə ehtiyac yoxdur.
  • Ümumiyyətlə, millinin heyətində ən yaddaqalan oyun hansını hesab edirsiz? Və nəyə görə yaddaqalan olub?
  • Milli komandanın heyətində ən yaddaqalan oyunum Monteneqro yığmasına qarşı debüt matçım olub. Çünki ilk qarşılaşma həmişə həyəcanlı olur.
  • Portuqaliya millisi ilə ilk görüşdə sizin də əla oyununla sürpriz edə bilərdik. Necə düşünürsünüz, Bakıdakı oyunda bunu bacara biləcəyik?
  • Ümid edirəm ki, yaxşı nəticə qazanmaqla bu dəfə azarkeşlərimizi sevindirəcəyik.






Dünya çempionatı

Martinez Argentina millisində oynamayacaq
  • Dünya çempionatı
  • 22:07 12.11.2024
Martinez Argentina millisində oynamayacaq
37 yaşlı Vidal milliyə çağırılıb
  • Dünya çempionatı
  • 10:50 12.11.2024
37 yaşlı Vidal milliyə çağırılıb
Neymar bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 15:00 30.10.2024
Neymar bu oyunları buraxacaq
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"