1 oktyabr 2026. Cümə axşamı

Azərbaycan - Portuqaliya matçında azarkeşlər meydana çıxdı


Azərbaycan - Portuqaliya matçında azarkeşlər meydana çıxdı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Portuqaliya oyununda maraqlı hadisə baş verib.

Corner.az xəbər verir ki, görüşün sonlarına yaxın bir neçə azarkeş meydançaya daxil olub.

Onlar rəqib futbolçu Bruno Fernandesə tərəf qaçıblar. Fanatlar “Mançester Yunayted”də çıxış edən yarımmüdafiəçi ilə şəkil çəkdirib və daha sonra meydanı tərk ediblər.

Görüşün final fiti səslənən zaman da bir neçə azarkeş meydana daxil olsa da, onları arenanın təhlükəsizlik işçiləri dərhal tutublar.

Qeyd edək ki, Portuqaliya millisi bu oyunda 3:0 hesabı ilə qələbə qazanıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər