4 fevral 2026. Çərşənbə

DÇ-2022: Niderland Türkiyəyə 6 qolla qalib gəldi


DÇ-2022: Niderland Türkiyəyə 6 qolla qalib gəldi

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 6-cı turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 5 qrup üzrə 13 qarşılaşma keçirilib.

A qrupunda yer alan Azərbaycan millisi doğma meydanda Portuqaliyanı qəbul edib və 3 cavabsız qolla məğlub olub. Qrupun digər matçında Serbiya səfərdə İrlandiyanın qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib. Lüksemburq seçməsi isə yoxlama görüşündə Qətərlə qarşılaşıb. Bu görüşdə də qalib müəyyənləşməyib.

Son dünya çempionu Fransa doğma meydanda Finlandiyanı sınağa çəkib və inamlı qələbə qazanıb. D qrupunda Bosniya və Herseqovina – Qazaxıstan oyununda qalib müəyyənləşməyib.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi səfərdə Niderlandla üz-üzə gəlib. Yeddi qolun qeydə alındığı matçda türklər ağır məğlubiyyətə üzülüb. Bu qrupda Norveç Cəbəllütariqlə, Monteneqro isə Latviya ilə qarşılaşıb. Norveçlilər darmadağınla qalib gəlibsə, Monteneqroda qol qeydə alınmayıb.

DÇ-2022-nin seçmə mərhələsi
6-cı tur
7 sentyabr

A qrupu

Azərbaycan – Portuqaliya 0:3
Qol: B.Silva, 26. A.Silva, 31. D.Jota, 75.

İrlandiya – Serbiya 1:1
Qol: Milenkoviç, 87-öz qapısına – Milinkoviç-Saviç, 20.

Lüksemburq – Qətər 1:1
Qol: B.Sançes, 31 – Elamin, 43.

Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 2, Azərbaycan – 1

D qrupu

Bosniya və Herseqovina – Qazaxıstan 2:2
Qol: Pyaniç, 74-pen. Menalo, 86 – Kuat, 52. Zaynutdinov, 90+5.

Fransa – Finlandiya 2:0
Qol: Qrizmann, 25; 54.

Fransa – 12, Finlandiya – 5, Ukrayna – 5, Bosniya və Herseqovina – 3, Qazaxıstan – 3

F qrupu

Danimarka – İsrail 5:0
Qol: Poulsen, 28. Kyaer, 31. Skov Olsen, 41. Dileyni, 58. Kornelius, 90+1.

Avstriya – Şotlandiya 0:1
Qol: Daykes, 30-pen.

Farer adaları – Moldova 2:1
Qol: Olsen, 68. Vatnsdal, 72 – Milinkeanu, 84.

Danimarka – 18, Şotlandiya – 11, İsrail – 10, Avstriya – 7, Farer adaları – 4, Moldova – 1

G qrupu

Monteneqro – Latviya 0:0

Norveç – Cəbəllütariq 5:1
Qol: Torstvedt, 23. Haland, 27; 39; 90+1. Sorlot, 59 – Stixe, 43.

Niderland – Türkiyə 6:1
Qol: Klaassen, 1. Depay, 16; 38-pen; 54. Til, 80. Malen, 90 – C.Ünder, 90+2.

Niderland – 13, Norveç – 13, Türkiyə – 11, Monteneqro – 8, Latviya – 5, Cəbəllütariq – 0

H qrupu

Rusiya – Malta 2:0
Qol: Smolov, 10. Bakayev, 84.

Slovakiya – Kipr 3:0
Qol: Şçrans, 55. Kosçelnik, 78.

Xorvatiya – Sloveniya 3:0
Qol: Livaya, 33. Paşaliç, 66. Vlaşiç, 90+4.

Rusiya – 13, Xorvatiya – 13, Slovakiya – 9, Sloveniya – 7, Malta – 4, Kipr – 4







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı