29 iyun 2026. Bazar ertəsi

Azərbaycanla oyunda qələbə qazanmaq önəmli idi


Azərbaycanla oyunda qələbə qazanmaq önəmli idi

Portuqaliya millisinin futbolçusu Bruno Fernandeş  səfərdə Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

 "Bu qarşılaşmada üç xal qazanmaq önəmli idi.Bu andan etibarən bütün matçlarda qələbə qazansaq, DÇ-2022-yə vəsiqə qazanacağıq. Artıq qarşıdakı oyunları düşünməliyik".

Komandanın digər futbolçusu Diequ Jota sentyabrdakı 3 qarşılaşmada qələbə qazandıqlarını xatırladıb: "Azərbaycanla görüşdə istədiyimiz oyunu sərgilədik və yaxşı nəticə əldə etdik".







Dünya çempionatı

Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 01:00 29.06.2026
Kanada son dəqiqə qolu ilə 1/8 finala yüksəldi